Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüş zamanı əqli mülkiyyətin qorunması sahəsində beynəlxalq tərəfdaşlıq, eləcə də Azərbaycanla ÜƏMT arasındakı mövcud əməkdaşlıq əlaqələri müzakirə edilib.
C.Bayramov Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək, əqli mülkiyyət üzrə işlərin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyətin bir sıra istiqamətləri barədə məlumat verib.
Nazir diqqəti eyni zamanda, Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalı dövründə yer adlarımızın dəyişdirilməsi, Azərbaycana məxsus olan mədəni sərvətlərin və mədəni irs obyektlərinin Ermənistan tərəfindən talan edilməsi və ya adlarının dəyişdirilməsi, Azərbaycana məxsus digər mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsinə yönəldib.
Nazir, eyni zamanda, müqabil tərəfi post-münaqişə dövründə Azərbaycan tərəfindən aparılan intensiv yenidənqurma və bərpa prosesləri barədə məlumatlandırıb.
Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinin başlamasını qeyd edərək, bu prosesə başlıca əngəl kimi Ermənistan tərəfindən basdırılmış mina təhlükəsindən danışıb.
Müqabil tərəf, öz növbəsində Azərbaycanla təşkilat arasındakı mövcud əməkdaşlıqdan məmmunluğunu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin bir sıra ölkələrin bu sahədə fəaliyyəti üçün nümunə təşkil etdiyini bildirib. O, Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini qeyd edib.
Hasan Kleyb eyni zamanda əqli mülkiyyət sahəsində təhsil istiqamətində Azərbaycanla Təşkilat arasında əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:03 / 24.06.2023
Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətini qəbul edib
Hazırda oxunan: Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətini qəbul edib
Hazırda oxunan: Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətini qəbul edib
143171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.