Xəbər verdiyimiz kimi Çeçen döyüşçüləri və Çeçenistandakı rus döyüşçüləri Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında gərginlik davam edən Rostova yollanıblar.
Bizim.Media xəbər verir ki, hazırda “Vaqner” birləşmələri ilə “Axmat” hərbi birləşmələri arasında bölgədə döyüşlər gedir.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, artıq Rostovda ilk atəş səsləri eşidilib. Belə ki, “Axmat” döyüşçüləri yerli sakinləri qovublar.
Qeyd edilir ki, atəş səsləri əsasən, Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında eşidilir.
Hazırda gərginliyin yaşandığı Rostovdan görüntüləri təqdim edirik:
Bizim.Media