Rostov administrasiyasının rəhbəri Aleksey Loqvinenko şəhər sakinlərinə hərbi texnikanın küçələrdən mümkün keçidi iləəlaqədar müraciət edib.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, mer insanları təhlükəsizlik məqsədilə evlərini tərk etməməyə və şəhər mərkəzinə getməməyə çağırıb:
"Təhlükəsizliyiniz üçün evlərinizdən çıxmayın, Rostovun mərkəzinə səfər etməyin və uşaqları nəzarətsiz qoymayın".
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub.
Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:09 / 24.06.2023
Rostovda əhaliyə evdən çıxmamaq barədə ÇAĞIRIŞ EDİLDİ
Hazırda oxunan: Rostovda əhaliyə evdən çıxmamaq barədə ÇAĞIRIŞ EDİLDİ
Hazırda oxunan: Rostovda əhaliyə evdən çıxmamaq barədə ÇAĞIRIŞ EDİLDİ
143146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.