Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “bir millət, iki dövlət” anlayışı bizim yaşam tərzimiz, fəlsəfəmizdir.
TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç bildirib ki, Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur.
Onun sözlərinə görə, Azərbaycanın yaşadığı Vətən müharibəsində hər kəs bir daha bunun şahidi oldu.
Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışan qonaq pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, sevincli bir Zəfərdən sonra Azərbaycanda olmaq böyük qürur mənbəyidir.
Söhbət zamanı ortaq türk dərsliyinin və ortaq informasiya mühitinin yaradılması barədə də fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:29 / 10.03.2021
\'\'Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur\'\' - Akif Kılıç
Hazırda oxunan: \'\'Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur\'\' - Akif Kılıç
Hazırda oxunan: \'\'Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur\'\' - Akif Kılıç
14313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.