Moskvada antiterror əməliyyatı rejimi TƏTBİQ EDİLDİ  

Hazırda oxunan: Moskvada antiterror əməliyyatı rejimi TƏTBİQ EDİLDİ  

143059

Rusiya paytaxtı Moskva şəhərində və Moskva vilayəti ərazisində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Antiterror Komitəsi məlumat yayıb. 

Bildirilib ki, oxşar rejim Voronej vilayətində də tətbiq olunub.

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.

Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.

Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin