Xalq artisti Röya Ayxan “14/41” albomunun ilk klipini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi sözləri və musiqisi Etibar Rzalıya məxsus “Tez gəl” mahnısını ekranlaşdırıb.
Layihənin çəkilişləri Türkiyədə Orçun Mutlunun direktorluğu ilə lentə alınıb. “Tez gəl”in ssenarisi bir cütlüyün xoşbəxt və kədərli anlarını əks etdirib.
Röyanın saç düzümü və vizajı üzərində peşəkar stilist Elnur Həsənov çalışıb.
Sözügedən klipi təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media