Prezident Ermənistanla sülh müqaviləsinin şərtlərini XATIRLATDI  

Hazırda oxunan: Prezident Ermənistanla sülh müqaviləsinin şərtlərini XATIRLATDI  

142961

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb. 

Bizim.Media xəbər verir ki, Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlət başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistanın buna imza atmasının zəruriliyini diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident MN-in komando hərbi hissəsində Döyüş bayrağını təqdim ETDİ


Dövlət baçşısı deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. 

Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin