Problemli kreditlərin məbləği 27% AZALDI

Hazırda oxunan: Problemli kreditlərin məbləği 27% AZALDI

142960

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 490,1 milyon manat təşkil edib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 17,2 % azdır. 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 27,3 % azalıb. 

Bu il mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət aprelin sonuna 2,8 %, ötən ilin sonuna 2,9 %, ötən il aprelin sonuna isə 3,6 % olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin