Kəsilən qurbanı sosial şəbəkələrdə REKLAM EDƏNLƏR – “Bu günahdır, yolverilməzdir”

Hazırda oxunan: Kəsilən qurbanı sosial şəbəkələrdə REKLAM EDƏNLƏR – “Bu günahdır, yolverilməzdir”

142943

İslam dinində ən müqəddəs bayramlardan biri Qurban Bayramıdır. Bu bayramda qurbanlar kəsilir və imkansız, ehtiyacı olan ailələrə paylanılır.Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. 

Amma bir çoxları kəsdiyi qurbanları sosial şəbəkələrdə reklam etməklə məşğuldur. Bununla sanki özlərini reklam edirlər. 

Bəs, kəsilən qurbanın sosial şəbəkələrdə reklam edilməsi görəsən nə dərəcədə dinə uyğundur?

Bizim.Media-ya açıqlamasında şərqşünas Seyid Camal Əzimbəyli bildirir ki, kəsilən qurbanın reklam edilməsi qəbuledilməz olmaqla yanaşı həm də günahdır: 

“Qurban kəsimini reklam etmək İslamda qətiyyətlə rədd edilir. İslam dəvət, mərhəmət, vəhdət dinidir. Bu məmada kəsilən qurbanlar təşviq, təbliğ, dəvət etmək baxımından həyata keçirilirsə, burada ziddiyyət axtarmağa dəyməz. Kəsilən qurban imkansızlarla yardımlaşmaq, günahların əfvi anlayışı ilə təbliğ olunursa, burada hər hansı bir ziddiyyət yoxdur.

Tanıdığım xeyli dövlət xadimi, iş adamı planlı şəkildə belə aksiyaları həyata keçirir və onun ictimailəşdirilməsinin də tərəfdarı deyillər.   

Lakin bəzi insanlar qurban kəsdiyini insanların yaddaşlarında saxlamaq üçün “mücadilə” edir. Bu isə yol verilməzdir. Azərbaycan reallığında kimlərin bunu reklam üçün etdiyini cəmiyyətimiz onsuz da bilir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin