Sülh müqaviləsi Vaşinqtonda İMZALANACAQ? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

Hazırda oxunan: Sülh müqaviləsi Vaşinqtonda İMZALANACAQ? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

142925

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşəcəyini bildirib. O, Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin əsas məqsədini də açıqlayıb.

Paşinyan bildirib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək.

“Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək”, - o vurğulayıb.

Ermənistan baş naziri bu açıqlaması ilə olmaya yekun sülhün anonsunu verir? 
 

MÖVZU İLƏ BAĞLI:

Fırtına öncəsi SAKİTLİK – Ermənistan növbəti TƏXRİBAT HAZIRLIĞINDA 


Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, sülhün əldə edilməsi istiqamətində vəziyyət o qədər də ümidverici deyil: 

“Bir neçə açıq qalan mövzular var. Bunlardan biri Ermənistan Azərbaycan sərhədinin haradan keçəcəyilə bağlıdır. Digər məsələ Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Qarabağdakı separatçılar hələ də Ermənistan büdcəsindən qidalanır.

Bu məsələlər Vaşinqton görüşündə öz həllini tapmayacaqsa, sülh müqaviləsinin imzalanacağından danışmaq hələ tezdir. 

Burada yalnız hansısa bəyanat verilə bilər. Sülh sazişinin əsas məsələsi iki ölkə arasında sərhədin haradan keçəcəyilə bağlıdır. Buna cavab yoxdursa, sülh sazişi də hələlik olmayacaq. Ermənistan müxtəlif dövrlərdə müxtəlif bəyanatlar verib. Gah Qarabağı birləşdirir, gah da işğal etdiyi əraziləri Ermənistan ərazisi kimi təqdim edirdilər. Gah 1991-ci, son olaraq da 1975-ci il xəritəsindən danışırlar. Azərbaycanda bu fonda ayrı rəqəmlər deyə bilər. Niyə də deməyək? Əslinə qalsa, indi Ermənistan adlanan ərazi Azərbaycanın tarixi torpaqlarıdır. 100 il bundan öncə qeyri-qanuni olaraq ermənilərə veriblər. 

Azərbaycanın əsas məqsədi bu mövqeləri Vaşinqtona çatdırmaqdır ki, ABŞ real mənzərəni görsün. Paşinyandan tələb edirlər ki, rəsmən işğalçı siyasətindən əl çəksin. 

Bu fonda görürük ki, Ermənistan nümayəndə heyətinin Vaşinqton görüşünə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcəyini deməklə əslində Paşinyan oyun oynayır. Bir tərəfdə bir şeyi deyir, sonra hansısa rəqəmləri səsləndirir. Ermənistan öz büdcəsindən separatçılara pul verir. Araik deməli, Ermənistana işləyən məmurdur. Onunla nə üçün danışmalıyıq ki? Vəziyyət o qədər də ümidverici deyil”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin