"Ukrayna qısa müddətdə nüvə silahı yarada bilər".
Bizim.Media "Ukraina 24/7" teleqram kanalına istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç "Feygin Live" efirində açıqlayıb.
Onun sözlərinə görə, Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə hadisələr sözügedən halla nəticələnə bilər.
"Başqa bir variant isə Ukraynanın dərhal NATO-ya qəbul edilməsidir. Ukrayna nüvə silahı yarada bilməsə belə, “NATO tipli silahlardan” istifadə edəcək", - deyə A.Arestoviç qeyd edib.
Bizim.Media