Yaponiyanın Kioto şəhərində keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Yaponiyanın ədliyyə naziri Yoko Kamikava ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, F. Məmmədov həmkarını cinayətkarlıqla mübarizəyə həsr olunmuş forumun pandemiya şəraitində yüksək səviyyədə keçirilməsi və Konqresin prezidenti seçilməsi münasibətilə təbrik edib, habelə qlobal cinayətkarlıqla mübarizə üzrə bütün dövlətlər üçün yol xəritəsi olan və Azərbaycanın milli maraqlarını əks etdirən Kioto Bəyannaməsinin qəbul olunmasının mühüm əhəmiyyətini qeyd edib.
Azərbaycan ədliyyə nazirinin Konqresdə bilavasitə iştirakını yüksək qiymətləndirən Y.Kamikava iki ölkə arasında dostluq əlaqələrinin olduğunu, 30 il ərzində əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Nazir dövlətlərimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün perspektivlərin olduğunu deyib, bu sahədə konkret təkliflər irəli sürüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:24 / 10.03.2021
Azərbaycan və Yaponiyanın ədliyyə sahəsində əməkdaşlığı müzakirə edildi
Hazırda oxunan: Azərbaycan və Yaponiyanın ədliyyə sahəsində əməkdaşlığı müzakirə edildi
Hazırda oxunan: Azərbaycan və Yaponiyanın ədliyyə sahəsində əməkdaşlığı müzakirə edildi
14280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.