Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 10 kilometr (103-113-cü km) hissəsini əsaslı təmir edib.
Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, təmir işləri çərçivəsində yeni asfalt-beton örtüyü döşənib, zəruri yol nişanları quraşdırılıb.
Xatırladaq ki, yolun təmir olunan hissəsinin eni 15 metrdir.
Bizim.Media