“Armen Sarkisyanın ingilis nağıllarına inanmayın” – Keçmiş ədliyyə naziri

Hazırda oxunan: “Armen Sarkisyanın ingilis nağıllarına inanmayın” – Keçmiş ədliyyə naziri

14272

“Armen Sarkisyanın ingilis nağıllarına inanmayın. Qanun baxımından, bəli, son tarix yoxdur, amma heç kimi aldada bilməzsiniz. Bu, problemi həll etmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş ədliyyə naziri Arpine Ovannisyan Facebook səhifəsində prezident administrasiyasının son açıqlamasını şərh edərkən yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda muzdluların Ermənistan tərəfdən döyüşməsinə dair daha bir SÜBUT


“Armen Sarkisyanın ingilis nağıllarına inanmayın. Ermənistana zaman-zaman baş çəkən bu hiyləgər indi bizə "yeni hüquqşünaslıq" öyrədir. Fərmanın son tarixi olsaydı, bu gün müraciət edərdim. Qanuna gəldikdə, bəli, son tarix yoxdur, amma heç kəsi aldada bilməzsiniz. Bu, problemi həll etmir.

İnsanın əsl mahiyyəti sərhəd məsələsində üzə çıxır. Müharibə mənim və çoxlarının həyatını dəyişdirdi.

Bu adam mahiyyətcə yazıqdır. Açığı onun pis olmaq üçün cəsarəti belə yoxdur. Ömrü boyu Ermənistanda mümkün olmayan hər şeyi aldı və əvəzində heç nə vermədi. Qanında tacirlik var, ləyaqəti, vətəninə sədaqəti yoxdur. Yaş qapısını döyüb. Bu, onda fədakarlıq və sədaqət işarəsi belə yaratmayıb”.

Xatırladaq ki, sabiq nazir bu statusu prezident administrasiyasının dünənki açıqlamasından sonra yazıb.

Açıqlamada deyilir ki, Baş Qərargah rəisi Onik Qasparyanın istefası məsələsi həm qanuni prosedurlar, həm də konstitusiya məsuliyyəti və siyasi nəticələri baxımından baş nazir Nikol Paşinyanın səlahiyyətindədir. 

Belə nəticəyə gəlmək olar ki, yaxın günlərdə Qasparyanın istefası məsələsi həll ediləcək və bu, Paşiyanın müxalifət üzərində növbəti qələbəsi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin