Pandemiya dövründə ticarət obyektlərinin bağlanmasına baxmayaraq, mağazaları gəzmək həvəsi onlayn alış-verişin kəskin şəkildə artmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Avropa Statistika Bürosu yayıb.
Mənbə bildirir ki, Macarıstanda internet istifadəçilərinin təxminən 70 faizi bu xidmət vasitəsilə onlayn alış-veriş etməklə yanaşı, digər internet sahələrindən də istifadə edirlər.
Avropa İttifaqında onlayn alış-veriş edən internet istifadəçilərinin orta göstəricisi 72 faiz təşkil edir. Yəni, macarlar, bu baxımdan Avropanın orta statistik göstəricisindən çox da geri qalmırlar.
Pandemiyayadək olan dövrlə müqayisədə ölkədə onlayn alış-verişdə təxminən 23 faiz artım qeydə alınıb.
Pandemiya zamanı niderlandlılar daha çox (İnternet istifadəçilərinin 91 faizi) onlayn alış-veriş ediblər. İkinci yerdə danimarkalılar (90 faiz), sonrakı yerlərdə isə almanlar (87 faiz), isveçlilər (86 faiz) və irlandiyalılar (81 faiz) gəlir.
Hazırda onlayn alış-veriş xidmətindən ən az istifadə edənlər bolqarlar (42 faiz), rumınlar (45 faiz ) və italyanlardır (49 faiz).
Macarıstandan başqa, bu sahədə kəskin canlanma Rumıniyada (27 faiz), Çexiyada və Xorvatiyada (25 faiz) müşahidə olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:21 / 10.03.2021
Avropada onlayn alış-veriş canlandı – SƏBƏB NƏDİR?
Hazırda oxunan: Avropada onlayn alış-veriş canlandı – SƏBƏB NƏDİR?
Hazırda oxunan: Avropada onlayn alış-veriş canlandı – SƏBƏB NƏDİR?
14267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.