Kiyev şəhərinin abadlaşdırılması, müasir infrastrukturun qurulmasında Bakı şəhərinin ən yaxşı təcrübəsinin tətbiqi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Kiyev şəhər meriyası yayıb.
MÖVZU İLƏ BAĞLI:
"Buta Airways" Kiyevə uçuşları bərpa edir
Mənbə bildirir ki, artıq Bakının bəzi təcrübəsi Kiyevdə tətbiq olunub. Buraya bayraq meydanının yaradılması da daxildir.
“Bakı və Kiyev qardaşlaşmış şəhərlər kimi bir sıra birgə iqtisadi, mədəni layihələri həyata keçirməyə davam edəcək. Bu layihələr iki şəhərin inteqrasiyası baxımından olduqca vacibdir”, - deyə məlumatda əlavə olunub.
Həmçinin bildirilib ki, qarşılıqlı investisiya qoyuluşunu artırmaq üçün əməkdaşlıq daha da gücləndirilməlidir.
Bizim.Media