Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Ukraynada vəziyyət, və bölgəmizdə post-münaqişə səyləri müzakirə olunub.
C.Bayramov Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iki ölkənin müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu bildirib.
Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyən Azərbaycanın Ukrayna ətrafında yaranmış böhran ilə əlaqədar göstərdiyi humanitar yardımları bundan sonra da davam etdirəcəyi bildirilib.
Ceyhun Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Dmitro Kuleba Azərbaycan və Ukrayna arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu istiqamətdə iki ölkənin liderləri arasında intensiv xarakter daşıyan təmasların rolunu vurğulayıb. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım məmnunluqla və minnətdarlıqla qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
*** 23:01
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.
Görüş Birləşmiş Krallıqda Ukrayna Bərpa Konfransı çərçivəsində baş tutub.
Nazirlər birgə əməkdaşlıq gündəliyini, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:23 / 21.06.2023
Ceyhun Bayramov Kuleba ilə regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ EDİB - YENİLƏNİB
Hazırda oxunan: Ceyhun Bayramov Kuleba ilə regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ EDİB - YENİLƏNİB
Hazırda oxunan: Ceyhun Bayramov Kuleba ilə regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ EDİB - YENİLƏNİB
142645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.