Kaxovka SES-in partladılması Ukraynaya 1,2 milyard avro zərər vurub

Hazırda oxunan: Kaxovka SES-in partladılması Ukraynaya 1,2 milyard avro zərər vurub

142615

Kaxovka su elektrik stansiyasının (SES) partladılması Ukraynaya təxminən 1 milyard 200 milyon avro zərər vurub, milyona yaxın insan içməli sudan məhrum olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi naziri Ruslan Strelets bildirib. 

Hazırda Xerson vilayətində, Dnepr çayının sağ sahilində dörd kənd su altındadır, digər ərazilərdə isə su artıq çəkilib. Dnepr çayının sol sahilində hələ də su altında qalan 17 yaşayış məntəqəsində əhalinin təxliyəsi davam edir.
Kaxovka SES-in partladılması daha bir problemə yol açıb. Daşqın Rusiya ordusunun ərazidə yerləşdirdiyi minaların yerini dəyişib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin