Qarabağda muzdluların Ermənistan tərəfdən döyüşməsinə dair daha bir SÜBUT

Hazırda oxunan: Qarabağda muzdluların Ermənistan tərəfdən döyüşməsinə dair daha bir SÜBUT

14261

“Eurasia Review” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Roza Əsgərovanın “Fransalı döyüşçülərin Ermənistanın apardığı hərbi əməliyyatlarda iştirakı araşdırılır” sərlövhəli məqaləsi dərc olunub.

BMTM-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məqalədə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən döyüşlərdə iştirak edən Fransa vətəndaşları ilə bağlı araşdırmalara başlanılması və prosesin Fransa mətbuatında işıqlandırılmasından bəhs edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Hadrutun meri: “İlham Əliyevin şəhərin ələ keçirilməsi ilə bağlı dediklərini təkzib etmədim”


Məqalədə muzdluların Qarabağda aparılan əməliyyatlara cəlb olunması ilə bağlı Ermənistanın yerli və xarici mediasında açıq elanların verilməsi, həmin döyüşçülər üçün xüsusi təşkilatlar tərəfindən hərbi təlimlərin keçirilməsi də əksini tapıb.

Müəllif Ermənistanın bu addımları ilə beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu vurğulayır və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunun nümayəndələrinin yaşadıqları ölkələrin qanunlarını pozaraq Ermənistan tərəfdən döyüşlərə qatılmağa çağıran elanlar yaymasına dair faktlar göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin