“İnsanlar quru sərhədlərinin bağlı qalmasına müsbət yanaşırlar” - Deputat

Hazırda oxunan: “İnsanlar quru sərhədlərinin bağlı qalmasına müsbət yanaşırlar” - Deputat

142576

“Ölkəmizdə quru sərhədlərinin açılmamasının müəyyən səbəbləri var. Sözsüz ki, bugünkü reallıqları qiymətləndirən insanlar bunun səbəblərini daha aydın anlayır və quru sərhədlərinin bağlı qalmasına müsbət yanaşırlar”.

Bizim.Media "demokrat.az" a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

Deputat bildirib ki, bununla yanaşı müəyyən problemi olan insanların quru yolla gediş-gəlişi də təmin olunmalıdır:

“Bir çoxları "quru sərhədləri açılmalıdır, insanların gediş-gəlişi təmin olunmalıdır" və və s. kimi fikirlər səsləndirirlər. Mən bunu düzgün hesab etmirəm. İlk növbədə bu gün ətraf ölkələrdə müharibə gedir. Ukrayna-Rusiya müharibəsi çoxsaylı miqrant axınını sürətləndirib və Azərbaycana da xeyli sayda ukraynalı vətəndaşları gəlib. 

Digər tərəfdən biz Ermənistanla bu gün də müharibə şəraitindəyik və hər gün ermənilər tərəfindən atəşkəs pozulur. Erməni diversiya qrupları Azərbaycan ərazilərində hər cür təxribatlar törətməyə hazırdılar. Qonşu İranın ölkəmizin ərazilərində təxribatçı qruplaşmaları çoxdur. 

Həmçinin, Rusiya vasitəsilə quru yolla Azərbaycana gəlmək istəyən insanların da sayı xeylidir.

Sözsüz ki, onların arasında müəyyən təxribatçılar, Azərbaycanı istəməyən, Azərbaycanda müəyyən terror törətməyə hazır olan insanlar var. Bunlara nəzarət etmək çox çətindir. Quru yolların açılması bura hər gün on minlərlə insanın gəlməsi deməkdir. Bu gün Azərbaycanda İranın müəyyən agentləri həbs olunurlar. İndi digər ölkələrdən Azərbaycana gəlmək istəyənlər də var. Onlar istər sərhəddə, istərsə də daxildə iğtişaş yaratmaq istəyirlər. Sözsüz ki, bu səbəbdən də bu gün quru sərhədlərin açılması məqbul hesab edilmir. 

Mən də bir vətəndaş kimi müəyyən problemi olan insanların quru yolu ilə Azərbaycana gəlmələrinin təmin olunmasını vacib hesab edirəm. Xəstələrə, tələbələrə imkan yaradılmalıdır ki, onlar quru yolla ya ölkəmizi tərk etsinlər, ya da ölkəyə daxil olsunlar. Amma, bu gün sərhədlərimizdə, keçid məntəqələrimizdə nəzarətin gücləndirilməsi çox vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin