"Bəzi ixtisasların tədris müddəti azaldılacaq" – Emin Əmrullayev

Hazırda oxunan: "Bəzi ixtisasların tədris müddəti azaldılacaq" – Emin Əmrullayev

142535

“Bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınmasını düşünürük".

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bəzi ixtisasların tədris müddətinin azaldılması üzərində ciddi iş gedir:

"Hesab edirəm ki, bu, faydalı olacaq. Misal olaraq, bu dəyişiklikliyi informasiya texnologiyaları sahəsində etmək mümkün ola bilər. Ali təhsil müəssisələrində tədris olunan hər bir fənn əmək bazarı üçün vacibdir, yoxsa yox? Bu suala cavab tapmaq lazımdır. Bir çox texniki və yardımçı vəzifələr üçün iş tapmaq baxımından qısa müddətli kursların müsbət təsirləri var".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin