2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.
Bizim.Media İdarədən verilən məlumata istinadən xəbər verir ki, ehtiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb.
Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, “Çiçək”) əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib. Həmçinin hazırda 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, “A.Məmmədov” adına) təmir işləri aparılır, eyni zamanda 1 məktəbdə (313) əsaslı təmir işlərinə və əlavə korpusun tikintisinə başlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:08 / 21.06.2023
Bakıda neçə məktəb təmir olunub? - SAY
Hazırda oxunan: Bakıda neçə məktəb təmir olunub? - SAY
Hazırda oxunan: Bakıda neçə məktəb təmir olunub? - SAY
142515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.