Əhalinin cəmi 5 faizi neft-qaz sektorunda çalışır, lakin onların yaratdığı dəyər, iqtisadiyyatın digər sahələrində yaradılan dəyərdən qat-qat artıqdır.
Bizim.Media xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, sektorlar üzrə əmək məhsuldarlığı da qarşıda duran əsas çağırışlardan biridir.
"Növbəti dövr üçün məşğulluq, iqtisadiyyat və təhsil sistemi arasında körpünün daha da genişləndirilməsi ana hədəflərimizdən biri olacaq. İqtisadi inkişafımızın drayveri insan resursumuzdur”,- deyə nazir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:04 / 21.06.2023
"Əhalinin cəmi 5 faizi neft-qaz sektorunda çalışır " - NAZİR
Hazırda oxunan: "Əhalinin cəmi 5 faizi neft-qaz sektorunda çalışır " - NAZİR
Hazırda oxunan: "Əhalinin cəmi 5 faizi neft-qaz sektorunda çalışır " - NAZİR
142513
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.