"Hər il 100 min gəncimiz əmək bazarına daxil olur" – Sahil Babayev  

Hazırda oxunan: "Hər il 100 min gəncimiz əmək bazarına daxil olur" – Sahil Babayev  

142511

"Son 5 ildə 4 milyon insanı əhatə edən böyük sosial layihələr həyata keçirilib". 

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev İnsan Resursları Zirvəsi “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbirdə qeyd edib.  

Nazirin sözlərinə görə, sosial layihələr üçün dövlət büdcəsindən ayrılan 7 milyard manata yaxın vəsait məşğulluq, sosial və əmək məsələlərinə yönəldilib: 

"Azərbaycanda məşğulluq, insan resursları ilə bağlı geniş müzakirələr yaranıb. Yeni çağırışların həlli istiqamətində birgə çıxış yolları müəyyənləşdirməliyik. Azərbaycan ötən dövrdə böyük inkişaf yolu keçib və ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir, güclü ordusu var, beynəlxalq arenada öz sözünü deyə bilən dövlətə çevrilmişiik. İnzibati idarəçilikdə də dəyişikliklər həyata keçirilib.  

Qarşıda duran çağırışlar heç də azalmayıb, əksinə artıb. Əhalinin artımı məşğulluğun genişləndirilməsi ilə bağlı qarşıya ciddi tələblər qoyur. Gənclərin məşğulluqla təmin edilməsi üçün özəl və dövlət sektoru tərəfindən işlər görülür. Hər il 100 min gəncimiz əmək bazarına daxil olur”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin