Dövlət İmtahan Mərkəzinin 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini (BANM) seçir.
Bizim.Media BANM-dan verilən xəbərə istinadən bildriri ki, I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır.
Cavid Nəzərov Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:44 / 21.06.2023
Qəbul imtahanlarının ölkə birincisi BANM-i SEÇDİ
Hazırda oxunan: Qəbul imtahanlarının ölkə birincisi BANM-i SEÇDİ
Hazırda oxunan: Qəbul imtahanlarının ölkə birincisi BANM-i SEÇDİ
142506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.