Rusiyanın Telegram kanalları Yeni Moskva və Moskva vilayətində üç pilotsuz təyyarənin düşməsi barədə məlumat yayıb. Ölən və yaralananlar olmayıb.
Bizim.Media Baza-ya istinadən xəbər verir ki, ilk PUA Yeni Moskvanın Lukino kəndi üzərində səmada partlayıb. Qəza yerində təcili yardım xidmətləri işləyir.
Daha iki pilotsuz təyyarə Moskva vilayətinin Naro-Fominsk rayonuna düşüb. Mash-ın məlumatına görə, bu, yerli vaxtla səhər saat 5:30-da Kalinets kəndi yaxınlığında baş verib. Yerli sakinlər təxminən beş dəqiqəlik fasilə ilə iki partlayış eşidiblər. Yaxınlıqda Taman diviziyasının 15-ci motoatıcı alayı (23623 saylı hərbi hissə) yerləşir.
Hüquq-mühafizə orqanlarının nümayəndələri TASS-a bildiriblər ki, hər üç pilotsuz təyyarə radio elektron sistemi ilə vurulub. Pilotsuz təyyarələrin qalıqları ekspertizaya göndəriləcək.
Agentliyin həmsöhbəti bildirib ki, yerdə heç bir dağıntı yoxdur.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, iki pilotsuz təyyarə Moskva vaxtı ilə təxminən 5:30 və 5:50 radələrində hərbi hissələrdən birinin anbarlarına yaxınlaşarkən yerə düşüb.
“Qırıntılar tapılıb, dağıntı və tələfat yoxdur. Xüsusi təyinatlılar hadisə yerinə cəlb olunub, yoxlama aparılır, ərazi hazırda mühasirəyə alınıb. Sakinlərdən sakit olmağı xahiş edirəm”, - o, Telegram kanalında yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:12 / 21.06.2023
Moskvaya dron hücumu oldu - FOTO
Hazırda oxunan: Moskvaya dron hücumu oldu - FOTO
Hazırda oxunan: Moskvaya dron hücumu oldu - FOTO
142484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.