“Whatsapp” sosial platformasında iki yeni funksiya istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, yeni funksiyalar messencerdə konfidensiallığı və təhlükəsizliyi yüksəltmək üçün nəzərdə tutulublar.
Belə ki, birinci funksiya messencer daxilində istifadəçinin tanımadığı nömrədən gələn zəng səsinin avtomatik şəkildə deaktiv edilməsidir.
Bunun sayəsində istifadəçilər messencerə daxil olan zəngələrin daha güclü idarəsinə sahib olacaqlar.
Bununla yanaşı sözügedən funksiya tanınmayan nömrələrdən, dələduzlardan gələn zənglərin və spamların avtomatik şəkildə filtr olunmasına imkan verəcək. Bu cür zənglərin səsləri avtomatik olaraq deaktiv edilsə də, onlar messencer daxilindəki zənglər bölməsində əks olunacaqlar. Bunun sayəsində istifadəçi zənglər arasında vacib olanlarının mövcud olub-olmadığını yoxlaya biləcək.
İkinci yeni funksiya isə konfidensiallığın yoxlanılması ilə əlaqədardır. Bu funksiya konfidensiallıq ayarlarının mərhələli şəkildə yoxlanışı və istifadəçiyə uyğun olan təhlükəsizlik səviyyəsinin seçimi imkanlarını verir.
Bu funksiyadan istifadə etmək üçün konfidensiallıq ayarlarında “Start checkup” düyməsinə toxunmaq lazımdır. Yoxlama prosesi bir neçə mərhələdən ibarətdir və bəzi mərhələlərdə istifadəçi öz mesajları, zəngləri və özəl məlumatları üçün lazımi təhlükəsizlik səviyyəsini seçə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:00 / 21.06.2023
“Whatsapp”da iki yeni FUNKSİYA: Tanımadığınız nömrədən gələn zənglər…
Hazırda oxunan: “Whatsapp”da iki yeni FUNKSİYA: Tanımadığınız nömrədən gələn zənglər…
Hazırda oxunan: “Whatsapp”da iki yeni FUNKSİYA: Tanımadığınız nömrədən gələn zənglər…
142470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.