ABŞ Ukraynaya yenə yardım paketi ayırır - Bu tarixdə ELAN EDƏCƏK 

Hazırda oxunan: ABŞ Ukraynaya yenə yardım paketi ayırır - Bu tarixdə ELAN EDƏCƏK 

142431

ABŞ Ukraynaya növbəti yardım paketi göndərəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Ceyms Kleverli ilə birgə mətbuat konfransında məlumat verib. 

Blinkenin sözlərinə görə, yeni yardım paketinin mahiyyəti və məbləği iyunun 21-də Londonda keçiriləcək Ukraynanın bərpasına dəstəklə bağlı konfransda açıqlanacaq. 

Xatırladaq ki, iyunun 21-22-də Londonda 60-dan çox ölkədən 1000-dən çox xarici rəsmi, biznes rəhbərləri və qlobal investorların iştirakı ilə Ukraynanın bərpasına dair konfrans keçiriləcək. Konfransda Ukraynanın bərpasına köməklik yolları müzakirə ediləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin