Ölkə əhalisinin neçə faizi Azərbaycanı müasir ölkə hesab edir? – SORĞU

Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi Azərbaycanı müasir ölkə hesab edir? – SORĞU

142402

Ölkə əhalisinin 1/3-ü Azərbaycanı müasir ölkə sayır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin yaydığı məlumatda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlılar hansı ölkələrə daha çox yaxınlıq hiss edirlər? – SORĞU 


Yayılan məlumatda bildirilir ki, Mərkəz “Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir?” “Avropa, yoxsa Asiya ölkəsidir? Qərb, yoxsa Şərq ölkəsidir?” sualları ilə respondentlərə müraciət edib.

“Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir?” sualına cavab verərkən respondentlərin 71,6%-i ölkəmizi müasir, 23,7%-i isə ənənəvi ölkə kimi göstərib. 

Nəticələrə əsasən, orta yaş qrupu respondentlər gənclər və yuxarı yaş qrupları ilə müqayisədə Azərbaycanı daha çox müasir ölkə kimi xarakterizə ediblər.

“Ənənəvi” cavabı ən çox 18-24 yaş qrupu iştirakçılar tərəfindən qeyd olunub. Nəticələri gender bölgüsü üzrə nəzərdən keçirdikdə, kişilərin 74,1%-i, qadınların 69,2%-i Azərbaycanı müasir ölkə kimi dəyərləndirib. Rəyi soruşulanların 57,3%-i Azərbaycanı Avropa, 25,0%-i isə Asiya ölkəsi kimi görür.
Diqqətçəkən məqam respondentlərin 17,7%-nin ölkəni Avropa, yoxsa Asiya məkanına aid etməkdə çətinlik çəkməsidir. Azərbaycanı Avropa ölkəsi hesab edənlər daha çox  18-25 yaşlılar (75,0%), ali təhsillilər (63,2%) və şəhər əhalisidir (61,3%).

İctimaiyyətin Azərbaycanı Qərb, yoxsa Şərq ölkəsi kimi görməsinə aid sualın cavabları da maraq doğurur. Respondentlərin 41,9%-i ölkəni Qərb, 38,8%-i Şərq ölkəsi kimi görsə də, 19,3% bu suala cavab verməkdə çətinlik çəkib. 

Azərbaycanı Qərb ölkəsi kimi dəyərləndirənlər daha çox 45-54 yaş qrupuna aid olanlar (54,4%), ali təhsillilərdir (45,3%).

Lakin əlavə edək ki, məhz ali təhsillilərin 48,1%-i Azərbaycanı Şərq ölkəsi hesab edir və bu təhsil bölgüsündəki kateqoriyalar arasında ən yüksək göstəricidir. Şərq ölkəsidir düşünənlər də  yaşa görə bölgüdə daha çox 18-25 yaşlı respondent qrupundadır (50,0%).

Nəticələrə əsasən, ictimai rəydə Azərbaycanı müasir, yaxud ənənəvi ölkə olaraq qiymətləndirmə onun coğrafi yerləşməsinə bağlı deyil.

Belə ki, Azərbaycanı Qərb ölkəsi hesab edənlərin 70.8%-i, Şərq ölkəsi hesab edənlərin 71.1%-i onu müasir ölkə kimi xarakterizə edir.

Halbuki Azərbaycanı Asiya məkanının bir hissəsi hesab edənlərin 59.4%-i onu Şərq ölkəsi kimi, Qərbə aid edənlərin 67.1%-i isə Azərbaycanı Avropa məkanının bir hissəsi kimi dəyərləndirir.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin