Aysun Sevil Sevinclə küsülü imiş: “Onlara salam verib, savab almaq istəmirəm” – VİDEO 

Hazırda oxunan: Aysun Sevil Sevinclə küsülü imiş: “Onlara salam verib, savab almaq istəmirəm” – VİDEO 

142341

Müğənni Aysun İsmayılovanın həmkarları Sevil, Sevinc Səfərova bacıları ilə küsülü olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Aysun qonaq olduğu “Səhər mərkəzi” verilişində məlumat verib. 

İsmayılova bildirib ki, bir zamanlar rəfiqə olsalar da, indi bir-birinin salamını belə almırlar:

“Bir zamanlar həddən artıq yaxın idik, amma indi bir-birimizə salam belə vermirik. Səbəbini də bilmirəm. Mən düşünürəm ki, “salam” qarşılıqlı olmalıdır. Bir ay əvvəl Moskvada toyda bir yerdə idik. Salam verməyənə mən də salam vermərəm.
Sayanın quluyam, saymayanın ağası. Mən onlara salam verib, savab belə almaq istəmirəm. Savabı gördüyüm başqa işlərdən gözləyirəm. Arada incikliklər var. Mən tərəfdən deyil. Onlar nə ediblərsə, özləri özlərinə ediblər”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin