Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq şöbələrinə qəbul ediliblər.
Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə ümumilikdə 150-yə yaxın şəxsə sosial xidmətlər göstərilib.
Onlardan böyük hissəsi reabilitasiya kursunu artıq başa vurub. Hazırda burada 25-i qadın, 42-si kişi olmaqla 67 sakinə stasionar formada reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Onlardan 13 nəfəri uşaqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:35 / 20.06.2023
Bu il 39 nəfər sığınacağa YERLƏŞDİRİLİB
Hazırda oxunan: Bu il 39 nəfər sığınacağa YERLƏŞDİRİLİB
Hazırda oxunan: Bu il 39 nəfər sığınacağa YERLƏŞDİRİLİB
142336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.