Qazaxın işğalda olan kəndlərinə görə ermənilər yolu bağladılar – Qaytarmaq istəmirlər

Hazırda oxunan: Qazaxın işğalda olan kəndlərinə görə ermənilər yolu bağladılar – Qaytarmaq istəmirlər

14233

Ermənistanın Tavuş vilayətində, Qazaxla sərhəddə çərşənbə axşamı günortadan sonra təşkil edilən etiraz aksiyasının iştirakçıları indi bölgənin qubernatoru Ayk Çobanyan ilə görüşürlər. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı regional administrasiyanın mətbuat xidmətinə istinadən yayıb.

Bu dəqiqələrdə aparılan danışıqlarda təxminən 10-15 nəfər iştirak edir.

Qeyd edək ki, bu gün günortadan sonra etirazçılar Çobanyanla görüşmək tələbi ilə Noyemberyan-İrəvan yolunu bağlayıblar. Əsas səbəb Azərbaycanla sərhəddəki vəziyyətdən narahatçılıqdır.

Əvvəllər sosial şəbəkələrdə və müxtəlif mediada “Qazaxın işğalda olan kəndlərində Rusiya Federasiyasının 500-ə yaxın sülhməramlısı azərbaycalılarla birgə iki gündür sərhəd boyu ölçmə işləri aparır" başlığı ilə məlumatlar yayılmışdı.

Sonradan bu məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilib. Qeyd edək ki, sərhədin bu hissəsindəki vəziyyətlə bağlı məlumat axını dayanmır. 

Ermənilər əvvəl-axır bu torpaqları da Azərbaycana geri qaytarmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin