"Şuşanın Azərbaycan ordusu tərəfindən geri alınması dönüş nöqtəsi oldu".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında səsləndirib.
O, Şuşanın təkcə simvolik deyil, həm də strateji əhəmiyyət daşıdığını deyib:
“Şuşanın geri alınmasından sonra Xankəndi hücuma məruz qalacaqdı, Xocavəndə təzyiqlər artacaqdı, ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşəcəkdi”.
Paşinyan həmçinin iddia edib ki, o, 2020-ci il atəşkəs bəyanatını noyabrın 9-u səhər saatlarında imzalayıb, baxmayaraq ki, sənədin özü yalnız noyabrın 10-a keçən gecə saatlarında açıqlanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:31 / 20.06.2023
Paşinyan ilk dəfə Qarabağla bağlı üçtərəfli bəyanatı nə vaxt imzaladığını AÇIQLADI
Hazırda oxunan: Paşinyan ilk dəfə Qarabağla bağlı üçtərəfli bəyanatı nə vaxt imzaladığını AÇIQLADI
Hazırda oxunan: Paşinyan ilk dəfə Qarabağla bağlı üçtərəfli bəyanatı nə vaxt imzaladığını AÇIQLADI
142326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.