2020-ci ildə müharibəni dayandırmaq üçün ilk cəhd oktyabrın 7-də Ermənistan baş nazirinin Rusiya prezidenti Vladimir Putinə zəng edərək ad gününü təbrik etməsi ilə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclası zamanı danışıb.
“Putin müharibəni dayandırmaq üçün vasitəçilik etmək istədiyini söylədi. Şərtlərlə maraqlanaraq razılaşdığımı dedim. Biz hesab edirdik ki, atəşkəs ilkin şərt olmadan olmalıdır. Axşam ikinci söhbət oldu və Putin dedi ki, İlham Əliyev bundan imtina edib", deyə o, qeyd edib.
Paşinyanın sözlərinə görə, ertəsi gün Vladimir Putin dedi ki, İlham Əliyev bir şərt irəli sürür:
"Füzulini döyüşsüz təslim etmək, Ermənistan silahlı qüvvələri Araz boyu Xudafərin su anbarına geri çəkilməlidir. Həmin ərazi də Azərbaycanın nəzarəti altında olmalıdır. Bundan başqa, Bakı hərbi əsirlər - Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri almaq istəyirdi.
Ancaq bunun üçün hərbi əməliyyatlar dayandırılmayacaqdı. Mən imtina etdim. Buna baxmayaraq, dedim ki, su anbarından birgə istifadə etmək mümkündür. Şahbaz Quliyevlə Dilqəm Əsgərovun qaytarılması da müzakirə oluna bilər, Füzulinin təslim olması isə qəbuledilməzdir".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:23 / 20.06.2023
2020-ci il oktyabrın 7-də İlham Əliyev Paşinyana hansı şərti qoyub? - DETALLAR
Hazırda oxunan: 2020-ci il oktyabrın 7-də İlham Əliyev Paşinyana hansı şərti qoyub? - DETALLAR
Hazırda oxunan: 2020-ci il oktyabrın 7-də İlham Əliyev Paşinyana hansı şərti qoyub? - DETALLAR
142324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.