Məcburi köçkünlərə ŞAD XƏBƏR: 2000-ə yaxın ailə doğma torpaqlarına köçürüləcək

Hazırda oxunan: Məcburi köçkünlərə ŞAD XƏBƏR: 2000-ə yaxın ailə doğma torpaqlarına köçürüləcək

142234

“Heydər Əliyev İli”ndə ilin sonunadək ümumilikdə 2000-ə yaxın keçmiş məcburi köçkün ailəsi öz doğma torpaqlarına köçürüləcək və Qarabağda, Şərqi Zəngəzurda yaşayacaqlar. 

Bizim.Media xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov iyunun 19-da jurnalistlərə müsahibəsində səsləndirib. 

O bildirib ki, məcburi köçkünləri qarşılayan ilk “qaranquş” Ağalı kəndidir. Ağalı kəndinə 86 ailə köçürülüb. Ağalıdan sonra Tərtərin Talış kəndi 20 ailəni qəbul edib. 

“Sevindirici haldır ki, artıq Laçın rayonuna köç başlayıb, 52 ailə evlərinə yerləşib. Çox fərəhlidir ki, biz artıq “keçmiş məcburi köçkün” sözlərini işlədirik”, - deyə Fuad Hüseynov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin