İran televiziyasına şillə kimi cavab - VİDEO

Hazırda oxunan: İran televiziyasına şillə kimi cavab - VİDEO

142231

“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın "Səhər" telekanalını sərt tənqid edib.

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, İranın "Səhər" telekanalı Azərbaycana qarşı informasiya siyasətini, təhqir və hədə kampaniyasını davam etdirir.

"İran mediası Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədə keçirilən prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmasından narahat olub.

İranın Azərbaycan və Ermənistan Prezidentlərinin qardaş Türkiyədə görüşməsindən narahat olduğunu dilə gətirən Rövşən Məmmədov iki ölkə arasında münasibətlərin düzəlməsindən ehtiyatlanan İranın Ermənistanın əlindən çıxacağından qorxduğunu bildirib" - deyə əlavə olunub.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin