Kanalizasiya sistemi olmayan evlərdən niyə ÖDƏNİŞ tələb OLUNUR? – “Azərsu”ASC-dən AÇIQLAMA 

Hazırda oxunan: Kanalizasiya sistemi olmayan evlərdən niyə ÖDƏNİŞ tələb OLUNUR? – “Azərsu”ASC-dən AÇIQLAMA 

142204

Son illər sürətlə məskunlaşılan Bakının və Bakıətrafı qəsəbələrin ən böyük problemlərindən biri kanalizasiya sisteminin olmamasıdır. Vaxtilə torpaqları pərakəndə sürətə satılan, heç bir planlı tikinti aparılmayan,  kanalizasiya xətti qurulmayan Bakı kəndlərində vəziyyət daha dözülməzdir.

Halbuki kanalizasiya çəkilməsi evin tikintisində ən vacib  mərhələdir. Şəxsi ev üçün kanalizasiya sisteminin qurulması tez bir iş deyil və maliyyə tələb edən bir məsələdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Çirkab sularının dənizə axıdılmasında MÜQƏSSİR KİMDİR? – ARAŞDIRMA 


Real mənzərə odur ki, hər tikilən yeni evin həyətində bir kanalizasiya quyusu qazılır və çirkab sular həmin quyulara axıdılır. Bakı kəndləri və Abşeron ərazisində kanalizasiya sistemi olmayan fərdi evlərin sayı minlərlədir. 

İşin maraqlı tərəfi budur ki, aidiyyatı qurum illərdir ki, olmayan kanalizasiya xəttinə görə sakinlərdən ödəniş yığır. Halbuki abonentə mövcud olmayan kanalizasiya xəttinə görə xidmət haqqı hesablanmamalıdır. Bununla bağlı ictimaiyyətdə şikayətlərin ardı-arası kəsilmir. Bənzər problemlə üzləşən sakinlərin əksəriyyətinin Hövsan, Kürdəxanı, Zabrat və digər Bakıətrafı qəsəbələrdən olduğu haqda məlumatlar dolaşır. 

Bəs, bu hal doğrudurmu? 

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında bildirib ki, vətəndaşın kanalizasiya sistemi yoxdursa, ona xidmət haqqı hesablanmamalıdır:

“Bir çox ərazilərdə mərkəzləşmiş kanalizasiya xətti olmasa da, vətəndaşlar tərəfindən fərdi şəbəkələrlə kanalizasiya xətti çəkilir və nasos stansiyasında birləşdirici xəttə axıdılır. Nasos stansiyasında o sular kənarlaşdırlır və təmizlənir. Biz belə ərazilərdə təftiş aparırıq. Baxmayaraq ki, həmin ərazidə mərkəzləşmiş kanalizasiya xətti yoxdur, amma onlardan kanalizasiya xidmətləri hesablayırıq. 

Yox əgər vətəndaşın şambosu və su xətti varsa, kanalizasiya üçün şanbodan istifadə edirsə, bəli, həmin vətəndaşa kanalizasiya xidmətləri hesablanmamalıdır.

Belə hallara bəzən rast gəlirik.  Aşkar olunan kimi dərhal araşdırma aparıb, düzəlişlər edirik və vətəndaşın kanalizasiya sərfiyyatının aparılması dayandırılır. Konkret ünvan və ya şəxs varsa, araşdırıb, ona baxa bilərik”, - deyə qurum rəsmisi əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin