Dövlət qulluqçularının sayı AÇIQLANDI  

Hazırda oxunan: Dövlət qulluqçularının sayı AÇIQLANDI  

142196

2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,4 faizini qadınlar təşkil edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Məlumata görə, dövlət qulluqçularının 7,1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 11,3 faizi 5-ci təsnifatı, 8,3 faizi 6-cı təsnifatı, 47,1 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib. 

Dövlət qulluqçularının 7,9 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,4 faizi 10 ildən 15 ilədək, 26,7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. 

Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 14,4 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,7 faizini 35-39 yaşda, 12,0 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,3 faizini 55-59 yaşda, 10,0 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir. 
2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 40,1 faiz artaraq 1785,1 manat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin