Biznes kreditləşməsində 26 faizlik YUMŞALMA 

Hazırda oxunan: Biznes kreditləşməsində 26 faizlik YUMŞALMA 

142161

2023-cü ilin I rübündə bankların biznes kreditləşməsi üzrə siyasətlərində ötən rüblərlə müqayisədə yumşalma səngiməyə başlayıb ki, bu da əsasən, həm mikro, həm kiçik və orta sahibkarlıq (KOS), həmçinin də iri sahibkarlara verilən kreditlər üzrə baş verib. İri sahibkarlara verilən kreditlər üzrə səngimə daha nəzərəçarpandır. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabarda açıqlanıb.  

Hesabata görə, cari ilin I rübü üzrə biznes kreditləri üzrə standartlarda 10 faiz olub ki, bunun 8 faizi mikro, 2 faizi isə KOS üzrədir. İri sahibkarlıq sahəsi üzrə isə heç bir standart müəyyən olunmayıb.  
I rübdə kredit tələbində 16 faiz dəyişiklik baş verib ki, bunun 4 faizi mikro, 8 faizi KOS, 4 faizi isə iri sahibkarlıq üzrədir.   

2023-cü ilin II rübü üzrə kredit standartlarında yumşalmalarla bağlı gözləntilər 14 faiz, kredit tələbində isə 10 faiz səviyyəsində müəyyən edilib. Belə ki, kredit standartlarındakı gözləntilərin 6 faizi mikro, 8 faizi isə KOS üzrə nəzərdə tutulub. İri sahibkarlıqda isə -2 faizdir. Bu da onu göstərir ki, iri sahibkarlığa ayrılacaq biznes kreditlərində yüksəlmə nəzərdə tutulub.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin