Müğənni Nura Suri oğlu Davidlə Kiprə istirahətə yollanıb.
Bizim.Media xəbər verir ki, Şimali Kiprin ən məşhur kurortlarından biri sayılan Kireniya liman şəhərini gəzən sənətçi, övladı ilə tətilindən çəkilən foto və videolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Nura oğlu Davidlə həmçinin orta əsr qotik memarlığının ən parlaq nümunəsi adlandırılan “Bellapais Abbey” monastırına da baş çəkib.
Rəşad Əliyev, Bizim.Media