Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya bildirilib ki, sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Dörd qızıl və üç bürünc medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, ən yaxın izləyicimiz olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Millimiz xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yeri tutub.
Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Yusif Dursunov (110 kq), Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) komandamıza medal qazandırıblar.
Bizim.Media

- A-
- A
- A+
İdman
							23:08 / 18.06.2023
							
						Avropa çempionatında güləşçilərimiz 4 qızıl və 3 bürünc qazandılar
						
							
								Hazırda oxunan: Avropa çempionatında güləşçilərimiz 4 qızıl və 3 bürünc qazandılar							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Avropa çempionatında güləşçilərimiz 4 qızıl və 3 bürünc qazandılar							
						142096
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































