Bölgədə qeyri-sabit hava şəraiti növbəti dəfə dolu yağışı ilə müşayiət olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü yağış Tərtər, Ağdam və Ağcabədi rayonları ərazisində leysan xarakterli yağış yağıb. Bəzi kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələrlər yaranıb.
Fərdi təsərrüfatlara, xüsusi ilə biçilməmiş taxıl zəmilərinə ziyan dəydiyi deyilir.
Təbiət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı hələki rəsmi məlumat yoxdur.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu