Daha bir güləşçimiz ermənini məğlub edib çempion oldu - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Daha bir güləşçimiz ermənini məğlub edib çempion oldu - YENİLƏNİB/FOTO

141954

Sərbəst güləşçimiz Yusif Dursunov  Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, o, finalda ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və 2-ci dəfə Avropa çempionu olub. 

Qeyd edək ki, bu gün Hacı Kərimov da finalda ermənistanlı Samvel Gevorqyanı tam üstünlüklə (13:0) məğlub edərək Avropa çempionu adına yiyələnib. 

Bizim.Media

*** 21:24

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçimiz Hacı Kərimov final görüşünə çıxıb. 

Bizim.Media xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb.  

H.Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub. 

Qeyd edək ki, 110 kq-da idmançımız Yusif Dursunov finalda Henrik Haykyanla (Ermənistan) üz-üzə gələcək. 

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin