“Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk”.
Bizim.Media xəbər verir ki, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevlə görüşdə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bildirib.
Rüstəm Minnixanovun sözlərinə görə tatarlar və azərbaycanlılar dil baxımından da tarixən çox yaxındır:
“Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:34 / 17.06.2023
“Tatarlar və azərbaycanlılar dil baxımından da çox yaxındır” - Tatarıstan Rəisi
Hazırda oxunan: “Tatarlar və azərbaycanlılar dil baxımından da çox yaxındır” - Tatarıstan Rəisi
Hazırda oxunan: “Tatarlar və azərbaycanlılar dil baxımından da çox yaxındır” - Tatarıstan Rəisi
141914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.