Regionlardakı ali məktəblərdə tibb fakültələri açıla bilər

Hazırda oxunan: Regionlardakı ali məktəblərdə tibb fakültələri açıla bilər

141902

"Regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində tibb fakültələrinin açılması istiqamətində mərhələli, yəni keyfiyyəti qurban vermədən işləri davam etdirməliyik".

Bizim.Media xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.

"Nazirlik olaraq inanırıq ki, universitetlərdə tibb fakültələrinin olması həmin təhsil ocaqlarının və təbabətin inkişafına qarşı atılan addım olar. Yəqin razılaşarsınız ki, XXI əsrin həkimləri həm də müvafiq digər sahələrdə səriştələrə sahib olmalıdır. Həkim oxuduğu dövrdə digər sahədə biliyə sahiblənməsində ziyanlı bir şey yoxdur. Bugünkü bir çox ali təhsil müəssisələrinin reytinq siyahısına təsir edən amil məhz tədqiqatlardır", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin