Hava limanının 2-ci terminalı beynəlxalq reyslər üçün yenidən açılır

Hazırda oxunan: Hava limanının 2-ci terminalı beynəlxalq reyslər üçün yenidən açılır

141788

İyunun 20-dən Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalı “Buta Airways” və bir sıra xarici aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa edir. 

Bu barədə Bizim.Media-ya aeroportun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyunun 20-də saat 00:00-dan etibarən aşağıdakı aviaşirkətlər Bakı hava limanının 2-ci terminalına və bu terminaldan növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək: 

- “Buta Airways” – İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi, Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad, Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran; 

- “Israir Airlines” – Tel-Əviv; 

- “Wizz Air” – Budapeşt, Roma, Əbu-Dabi. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalına və bu terminaldan yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu barədə əlavə məlumat veriləcək. 

Sərnişinlərə uçuş zamanı maksimal rahatlığı təmin etmək üçün vacib uçuş məlumatları ilə diqqətlə tanış olmaqları tövsiyə olunur. Gediş/gəliş terminalı, gediş/gəliş tarixi və saatı, o cümlədən digər uçuş detalları haqqında məlumatı yoxlamaq zəruridir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin