Xırdalanda restoranda DAVA: Xəsarət alan var 

Hazırda oxunan: Xırdalanda restoranda DAVA: Xəsarət alan var 

141761

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Samir tanışı Rəcəbə xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Amazon” restoranının həyətində baş verib.

Həmin restoranda ofisiant işləyən Rəcəb ilə kababçı işləmiş Samir arasında mübahisə olub.

Mübahisə zamanı Samir Rəcəbin baş nahiyəsinə qəsdən yumruq vurmaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  

O bildirib ki, “Amazon” restoranında kababçı, Rəcəb isə orada ofisiant işləyib:  

“Birgə işlədiyimiz müddətdə münasibətlərimiz normal olub. Aramızda hər hansı bir mübahisə olmayıb. Hadisədən əvvəl yaxın qohumumun toy məclisində iştirak etmək məqsədilə işdən bir günlük icazə aldım. Növbəti gün iş yerinə qayıtdıqda isə Rəcəbin öz qohumunu yerimə işə gətirdiyini və mənim barəmdə şər-böhtan xarakterli xoşagəlməz məlumatlar yaydığını bildim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, buna görə də Rəcəbi restoranın həyətinə çağırıb və etdiyi hərəkətlərə görə ona öz iradını bildirib:  

“Rəcəb isə buna qarşılıq olaraq məni söyüb təhqir etdi. Məsələyə təkbətək aydınlıq gətirmək istədiyimi dedim. Bu zaman Rəcəbin üzərinə getdim. Rəcəb isə əli ilə məni itələdi, təpiklə qarın nahiyəmə zərbə vurdu. Bu səbəbdən əsəbiləşərək Rəcəbin baş nahiyəsinə 1 dəfə yumruq zərbəsi vurdum. Aldığı zərbədən sonra Rəcəb hər iki əli ilə başını tutaraq yerə oturdu və başının partladığını bildirdi. Həmin vaxt restoranın müdiri Nurəddin, aşpaz işləyən Şəhla və üzdən tanıdığım, lakin adını bilmədiyim bir müştəri bizi ayırdılar. Bundan sonra getdim. Sonradan Rəcəbin barəmdə şikayət etdiyini öyrəndim”. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Samirin qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin