“Xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər - Məlahət İbrahimqızı

Hazırda oxunan: “Xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər - Məlahət İbrahimqızı

141742

“İctimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidmətinin üzərinə ata bilmərik. Bu sahədə həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var”.  

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı deyib. 

“İctimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Bu xidmətdə beynəlxalq standartlar tədbiq olunmalıdır.

Adıçəkilən qanuna təklif edilən dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək. Eyni zamanda hava limanı və dəmiryolu stansiyasından çıxarkən heç bir qayda-qanun gözlənilmədiyinə, xaos vəziyyətinin yarandığına, eləcə də “xalturşik” taksi sürücülərinə rast gəlinir. “Özəl “xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər.  
Azərbaycanlı olaraq fikirləşirsən ki, bu kimi hərəkətlər gözəlləşən Bakı barədə turistdə hansı təəssürat oyadar. Qardaş Türkiyədə hava limanında bu sahədə xüsusi xidmət var və hər kəs öz növbəsini gözləyərək aidiyyəti xidmətdən istifadə edir. Aidiyyəti qurumlara müraciət edirəm ki, bərbad durumdan çıxış yolu tapsınlar”, - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin