"Azərbaycanda hər 85 nəfərə bir taksi düşür" - Komitə sədri 

Hazırda oxunan: "Azərbaycanda hər 85 nəfərə bir taksi düşür" - Komitə sədri 

141723

"Bakıda istifadə olunan taksi gedişlərinin 60 faizə yaxını 1,5-3 km məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır. Son 1 ildə avtobuslardan istifadə 40 faizə qədər azalıb. Metrodan istifadə isə hələ də 2019-cu ilin səviyyəsinə çatmayıb". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.  

Komitə sədri bildirib ki, taksi sayının əhaliyə nisbətdə yüksək olması diqqət çəkir: 

"Məsələn, İstanbulda taksi sayı üçün kvota müəyyən edilib. Hazırda 17 min 325 ədəd müəyyənləşib. İstanbulun əhalisinin sayı 15 milyona yaxındır. Əhali nisbətinə baxanda İstanbulda hər 865 nəfərə 1 taksi düşürsə, Azərbaycanda hər 85 nəfərə bir taksi düşür. Təxminən 10 dəfəyə yaxın fərq var". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin