“Sülh müqaviləsi Zəngəzurda imzalansın” – Zahid Oruc 

Hazırda oxunan: “Sülh müqaviləsi Zəngəzurda imzalansın” – Zahid Oruc 

141720

“Göründüyü kimi, Paşinyana Brüssel və Parisdən güclü təzyiqlər var. USAİD, UNİSEF, YUNESKO və digər humanitar təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti agentura şəbəkəsinə çevrilib və onların Qarabağa gələn missiyası hərbi-kəşfiyyat planlarını həyata keçirirlər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında çıxışı zamanı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistanla sülh sazişinin imzalanması qaçılmazdır" - Nazir 


“Dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı. 30-cu ildönümünü yaşadığımız hazırki iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər.  

Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir.

Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar”, - deyə Zahid Oruc əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin